EN

Beş marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar oktyabrın 5-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  bildirilib ki, məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Chosen
12
40
azpost.info

10Sources