EN

Tofiq Zülfüqarov: "Zaxarovanın açıqlaması Qərblə mübarizənin bir hissəsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi sonuncu brifinqdə Qərbin Cənubi Qafqaz ölkələrini hərbi ittifaqlara sürüklədiyini, Aİ (Avropa İttifaqı) nümayəndələrinin müxtəlif adlar altında Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı kəşfiyyat məlumatları topladığını deyib.
Oxu.Az-a məsələ ilə bağlı fikirlərini bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Zaxarovanın çıxışının Qərb və Rusiya arasında gedən siyasi mübarizənin tərkib hissəsi olduğunu qeyd edib:
"İndiki gərgin beynəlxalq vəziyyətdə Qərb siyasətçiləri açıq şəkildə Rusiyanı bölgədən çıxarmaq məqsədlərini ifadə edirlər. Rusiya isə qarşılığında öz təbliğatını belə formada qurur. Yəni Rusiyanın bölgədən çıxması halında Qərbin müxtəlif təşkilatları burada gizli və aşkar şəkildə yerləşərək Azərbaycan, Gürcüstan və Ermənistanı özlərinin hərbi sistemlərinə cəlb edəcəklər. Təbliğat, eləcə də qarşıdurma həmişə baş verir.
Qərb özü də Cənubi Qafqazdan Rusiyanı çıxarmaq istədiyini bəyan edib. Azərbaycanda hazırda bir nəfər də olsun, rusiyalı əsgər qalmayıb. Amma ən güclü təzyiqlər Bakıya edilir. Yəni son nəticədə məqsədlər müxtəlif xoş niyyətlər adı altında gizlədilir. Məsələ budur".
Söhrab İsmayıl
Chosen
8
oxu.az

1Sources