EN

“İqlim dəyişmələri və miqrasiya: Miqrasiya adaptasiya vasitəsi kimi” mövzusunda tədbir keçirilib - FOTOLAR

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən “İqlim dəyişmələri və miqrasiya: Miqrasiya adaptasiya vasitəsi kimi” adlı tədbir təşkil olunub. Tədbir “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə iqlim dəyişiklikləri və miqrasiya arasındakı mürəkkəb əlaqələr müzakirə olunub. Ekspertlər və dövlət nümayəndələri iqlim dəyişmələrinin miqrasiyaya təsiri, insanların yaşadıqları yerləri tərk etmələrinin səbəbləri və miqrasiyanın iqlimə uyğunlaşma vasitəsi kimi rolu barədə çıxışlar ediblər.

Tədbirin əsas mövzusu, miqrasiyanın iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarından biri kimi necə istifadə oluna biləcəyi və bu prosesin sosial və iqtisadi təsirləri olub. Həmçinin, iştirakçılar iqlim dəyişikliyi səbəbindən miqrasiya proseslərinə diqqət yetirməyin vacibliyini vurğulayıblar.

Chosen
6
qht.az

1Sources