EN

Abbas Abbasov: "BTQ Afrika ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı Təşəbbüs Qrupu (BTQ) Afrika təşkilatları ilə müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlıq imkanlarını nəzərdən keçirir".
"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasəti" mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Hazırda biz hələ də müstəmləkə zülmü altında olan regionların fəalları ilə əməkdaşlıq edirik. Siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə memorandumlar imzalayırıq. Afrika ölkələrinin nümayəndələri, eləcə də Afrikada fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə oxşar sənədlərin imzalanması imkanını istisna etmirik", - o qeyd edib.
Chosen
23
oxu.az

1Sources