EN

Əhaliyə XƏBƏRDARLIQ: Oktyabrın 4-ü və 5-i...

Oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası olacaq.

 

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Sfera.az-a verilən xəbərə görə, oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir.

 

Bildirilib ki, sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək.

 

Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.

Chosen
25
31
sfera.az

10Sources