EN

NATO-nun yeni Baş katibi Ukraynada səfərdədir- Zelenski ilə görüşüb

NATO-nun yeni Baş katibi Mark Rutte Ukraynaya dəstəyini ifadə etmək üçün Kiyevə səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, bu səfər Alyansın Rusiya ilə davam edən münaqişə şəraitində Ukraynaya yardım göstərməyə davam etmək əzmini nümayiş etdirmək üçün mühüm addımdır.

Səfər zamanı Rutte Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb və onlar təhlükəsizlik məsələləri, gələcək əməkdaşlıq və hərbi yardım, həmçinin Ukrayna ilə NATO arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Azpost.info

 

Chosen
12
azpost.info

1Sources