EN

PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkənin nümayəndələri Azərbaycana səfər edəcəklər

Bakı. Trend:

PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkənin nümayəndələriAzərbaycana səfər edəcəklər.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev ADA Universitetində keçirilən "Özəlmaliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmimasada bildirib.

"Gələn həftə PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkəninnümayəndələri nazir, nazir müavini və nümayəndə heyətlərininrəhbərləri səviyyəsində Azərbaycana səfər edəcəklər. Biz, həmçinin,Paris Sazişinin 6-cı maddəsi və yeni maliyyə məqsədiilə bağlımüzakirələr aparacağıq və bu kontekstdə iqlim gündəminə özəlsektorun cəlb edilməsinə böyük maraq var, çünki özəl sektor iqlimmaliyyələşdirilməsinin ən böyük mənbələrindən biridir", - o qeydedib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
23
az.trend.az

1Sources