EN

Yasamal gölünün taleyi yenidən sual altında: Qurudulur, yoxsa abadlaşdırılır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Yasamal rayonunda Akim Abbasov küçəsindəki gölün qurudulacağı ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
"Nə məqsədlə qurudulduğunu heç özləri də bilmirlər. Yəqin yerində bina tikəcəklər", -deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan iddianın heç bir əsası yoxdur.
"Qeyd edək ki, həmin ərazi şəxsi mülkiyyətdədir. Buna baxmayaraq, ərazidə hər hansı qurudulmadan söhbət getmir.
Gölün ətrafındakı köhnə və yararsız hasarlar Bakı şəhərinin müasir standartlarına uyğun yeniləri ilə əvəz edilib. Bundan əlavə, yaxın günlərdə - sentyabrın 9-11-də bu ərazidə ekoloji layihə çərçivəsində təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur",-deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Yasamal gölünün qurudulması ilə bağlı məlumatlar zaman-zaman sosial şəbəkələrdə kütləvi informasiya vasitələrində müzakirə mövzusu olub.
Ərazidən son video və fotoları təqdim edirik:
Əzizə İsmayılova
Chosen
9
oxu.az

1Sources