EN

Bərdədə şagirdlərlə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib - FOTO

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Alpoud kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Avtosfer.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov narkomaniyanınn səbəb olduğu problemlərdən söhbət açıb. Həmçinin bu istiqamətdə görülən mübarizə tədbirləri də diqqətə çatdırılıb. Şagirdlərə yüksək qiymətlərlə oxuyub bitirmələri, mükəmməl ali təhsilə yiyələnmələri tövsiyə olunub.

Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.

FOTO QALEREYA
Chosen
5
avtosfer.az

1Sources