Texnologiya nəhəngi “Apple”, 9 sentyabr 2024-cü ildə keçirilən tədbirdə “iPhone 16” seriyası da daxil olmaqla bir çox məhsulunu təqdim etdi.

İndex.az xəbər verir ki, yeni “iPhone” modelləri arasında ən diqqət çəkən model olan “iPhone 16 Pro Max” üzərində araşdırma aparılıb. Aparılan araşdırmalarla telefonun dəyəri hesablanıb.

“TD Cowen” tərəfindən aparılan araşdırmaya görə, “iPhone 16 Pro Max” modelinin dəyəri 485 dollardır. “iPhone 15 Pro Max”ın dəyəri 453 dollardır. Buna görə də iki model arasında 32 dollarlıq artım var.

Araşdırma ilə telefonun ən bahalı aparat hissələri də üzə çıxıb. Qiyməti 80 dollar olan displey paneli istehsal dəyərinin 16%-ni təşkil edir. Arxa kameraların qiyməti də 80 dollar civarındadır.

“iPhone 15 Pro Max”da ekran panelinin qiymətinin 75 dollar, arxa kameraların qiymətinin isə 70 dollar olduğu bildirilir. Bu telefonda istehsal dəyərinin 17%-ni ekran paneli, 15%-ni isə arxa kameralar təşkil edir.

LPDDR5 “iPhone 15 Pro Max”a daxil edilərkən, yeni telefonda LPDDR5X-ə üstünlük verildi. Bu, bant genişliyi və səmərəliliyin yaxşılaşdırılması təklif etsə də, yaddaşın qiymətini 12 dollardan 17 dollara qədər artırır.

Ümumilikdə, 485 dollar dəyərində ABŞ-da “iPhone 16 Pro Max”ın pərakəndə satış qiymətinin 40,4%-i təşkil edir. Onu da qeyd etmək lazımdır ki, tədqiqat yalnız aparat hissələrini əhatə edir. Bu hissələrə əlavə olaraq logistikadan tutmuş reklama qədər bir çox məsələnin müxtəlif xərcləri var.