EN

Talış və Suqovuşana həyat qayıdır: 36 şagird, 18 müəllim

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən dörd il ötür.

 

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı nəticəsind düşmənin ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

 

Azərbaycan Ordusu oktyabrın 3-ü, müharibənin 7-ci günündə şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. Suqovuşan və Talışdakı yüksəkliklər strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi.

 

Bu gün isə Tərtər və Suqovuşanda yenidənqurma işləri aparılır.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Talış kəndinə ümumilikdə 90 nəfər olmaqla 20 ailə köçürülüb. Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub.

 

Qarabağ Regional Təhsil İdarəsindən Modern.az-a verilən məlumata əsasən Talış kənd məktəbində 18 nəfər müəllim çalışır, eyni zamanda 1 nəfər Uşaq Birliyi Təşkilatının rəhbəri, 1 nəfər Psixoloq işləyir, 36 nəfər şagird həmin məktəbdə  təhsil alır.

 

Suqovuşana isə köç, hələ ki, başlamayıb, buradakı təhsil ocağı əhalinin köçürülməsindən sonra fəaliyyətə başlayacaq. Məktəb tikilib və avadanlıqlarla təhciz olunub.

Chosen
22
modern.az

1Sources