EN

Onların həbs müddətləri uzadıldı

“Toplum TV”nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.

“AzPolitika"-nın məlumatına görə, Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, onun həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.

Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.

Qeyd edək ki, eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb.

Chosen
2
11
azpolitika.info

10Sources