EN

Gürcüstan parlamentinin sədri LGBT təbliğatını qadağan edən qanunu imzalayıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.

O, bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, mən Salome Zurabişvilinin imzalamadığı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram”, - gürcü siyasətçi Facebook-da yazıb.

Papuaşvili qeyd edib ki, “qanun sağlam düşüncə və xristian dəyərləri əsasında qəbul edilib”. O, əlavə edib ki, beynəlxalq tərəfdaşların mümkün tənqidlərini qəbul edir, lakin ölkənin kimliyini müdafiə etməyə və öz inkişaf yoluna sadiq qalmağa hazırdır.

Chosen
18
aznews.az

1Sources