EN

Təl-Əvivdə baş verən hücumda 1 Yunanıstan vətəndaşı öldü

İsrailin paytaxtı Təl-Əvivdə bıçaqlı hücumda həyatını itirənlərin sayı 7-yə yüksəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi həyatını itirənlər arasında Yunanıstan vətəndaşının olduğunu açıqlayıb.
 
Yunanıstan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib:
 
\"Dünən Təl-Əvivin Yaffa ərazisində baş verən terror aktını birmənalı şəkildə pisləyirik. Hücumda həyatını itirənlər arasında Qüdsdə yaşayan bir Yunan vətəndaşının da olduğunu dərin hüznlə bildiririk.Qurbanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
 
Nazirlik həmçinin bildirib ki, bölgədə gərginliyin artması ilə əlaqədar Livanı tərk etmək istəyən vətəndaşlar üçün qaynar xətt fəaliyyətə başlayıb.
 
Oksana
Chosen
10
azxeber.com

1Sources