EN

"Beşiktaş" azarkeşlərinə QADAĞA

Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri Avropa Liqasının ümumi mərhələsinin III turunun Fransa “Lion”u ilə səfər oyununa buraxılmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.

Türkiyə klubunun azarkeşlərinə Lionun mərkəzində və şəhər ətrafında pullu yollarda avtomobil sürmək də qadağan ediləcək. Milli Xuliqanlıqla Mübarizə İdarəsi Lion və Beşiktaş arasında gözlənilən görüşü çox riskli adlandırıb.
Fransa Daxili İşlər Nazirliyi tezliklə müvafiq əmr dərc etməlidir.

"Lion" - "Beşiktaş" matçı oktyabrın 24-nə təyin edilib.

Chosen
23
ucnoqta.az

1Sources