AFFA Azərbaycan çempionatının Gənclər Liqasında keçirilən “Sabah” – “Qarabağ” oyununda baş verənlərə biganə qalmayıb.
İdman.biz xəbər verir ki, assosiasiyanın İntizam Komitəsi qalmaqallı görüşdə “fərqlənənləri” cəzalandırıb.
“Qarabağ” futbolçusu Səbuhi Niftiyev 20-ci dəqiqədə ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandığı üçün 2 matçlıq diskvalifikasiya edilib.
Ağdam klubunun köməkçi məşqçisi Məhəmməd Bədəlbəyli və fiziki hazırlıq üzrə məşqçisi Səid Hacıyev qarşılaşmanın 90+3-cü dəqiqəsində meydana daxil olublar. Onlar hakimin qərarına etiraz etdiklərinə görə qırmızı vərəqə alıblar. Hər iki məşqçi 2 matçlıq cəzalandırılıb.
“Sabah”ın inzibatçısı Aslan Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəza alıb.
İdman.biz