EN

Ötən il 50 minə yaxın tələbə diplom alıb - STATİSTİKA

Azərbaycanda ötən il 48,4 min nəfər ali təhsil haqqında diplom alıb.

 

Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, diplom alanların 39,2 min nəfəri bakalavr, 9,2 min nəfəri magist diplomunu alıblar.

 

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda 51 ali təhsil müəssisəsi var və bu müəssisələrdə ümumilikdə 231,4 min nəfər ali təhsil alır.

 

Son məlumata görə, ölkəmizdə yaşı 15-dən yuxarı olan insanların hər 1000 nəfərinin 162-si ali təhsillidir.

 

Vasif

Chosen
22
sfera.az

1Sources