EN

İnstitutun şöbə müdiri: Yaxın və Orta Şərqin eyni toponimlərinin araşdırılmasını nəzərdə tuturuq

İnstitutun

Bakı, 3 oktyabr, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsi dövrün siyasi və elmi tələblərinə uyğun olaraq Qərbi Azərbaycanın makro və mikrotoponimlərinin toplanıb tədqiqata cəlb edilməsi və nəşri ilə məşğuldur. Şöbə tərəfindən Qərbi Azərbaycan toponimlərinin müfəssəl lüğəti hazırlanaraq Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çapa təqdim olunub. Lakin şöbə bununla kifayətlənməyərək ümumilikdə Qafqazın və Yaxın Şərqin bütün türkmənşəli toponimlərini toplayaraq araşdırıb və lüğətini hazırlayıb.

Bunu AZƏRTAC-a açıqlamasında şöbənin müdiri dosent Elçin İsmayılov söyləyib. O bildirib ki, rəhbərlik etdiyi Toponimika şöbəsi tərəfindən hazırlanmış 2500 səhifəlik lüğətin respublika ictimaiyyətinə təqdim edilməsinə sayılı günlər qalıb.

“Gələcəkdə İran İslam Respublikasının, ümumiyyətlə, Yaxın və Orta Şərqin eyni (areal) onomastik vahidlərinin araşdırılmasını və lüğətlərin çap edilməsini nəzərdə tuturuq”, - deyə şöbə müdiri qeyd edib.

 

Chosen
24
azertag.az

1Sources