EN

Rusiyada tələbə adını qazanan topçu Vüsal: “Heç evlənmək fikrim yoxdur”

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsindən topçu Vüsal kimi tanınan Vüsal Şahkərimov tələbə adını qazanaıb.

Qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Rusiyanın Şimali Qafqaz Federal Universitetində təhsil alacaq.

Tələbə adını qazanan Vüsal təəssüratlarını Bizim.Media ilə bölüşüb.

Hazırda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışan Vüsal ixtisasını da həmin sahə üzrə seçdiyini deyib:

“İşlədiyim üçün qiyabi təhsil alacam. Azərbaycanda təhsil almaq istəyirdim, amma alınmadı. Şimali Qafqaz Federal Universitetinə sənəd verdim, imtahandan keçdim və qəbul oldum. Buna görə çox sevinirəm”.

O, müharibədən sonra həyatında baş verən dəyişikliklərdən də söz açıb:

“Şəxsi həyatım həqiqi hərbi xidmətə getmədən öncə necə idisə, indi də elədir. Dəyişən, sadəcə, Topçu Vüsal adı və bir az da tanınmağımdır. O da qismət. Heç evlənmək fikrim yoxdur”.

Xatırladaq ki, Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb.

Vüsaş Şahkərimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə"Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Günay Şahmar, Bizim.Media

Chosen
9
bizim.media

1Sources