EN

Türk dövlətləri üçün əlamətdar gün

Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. 15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir.

Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, türk dövlətləri arasında strateji münasibətlər son illər daha da dərinləşməkdədir:

"Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.

Türk dövlətləri iqtisadiyyatlarının son illər daha da güclənməsi müşahidə olunmaqdadır. Türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır. Alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Bu o deməkdir ki, əgər türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı”.

Chosen
6
9
ulusum.az

10Sources