EN

Xəstəxanada yanğın baş verdi - ölənlər var

“Krathon” qasırğasının vurduğu Tayvanda xəstəxanada naməlum səbəbdən yanğın baş verib. 

News24.az xəbər verir ki, Tayvan səlahiyyətliləri 9 nəfərin tüstüdən zəhərlənərək öldüyünü açıqlayıb. 

Yanğından sonra xəstəxana evakuasiya edilərkən, yaxınlıqdakı bazanın əsgərləri xəstələrin təxliyəsi və alovun söndürülməsində tibb işçilərinə və yanğınsöndürənlərə kömək etmək üçün səfərbər edilib. Xəstələr yaxınlıqdakı sığınacaqlara aparılarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Məryəm İlhamqızı


Chosen
29
news24.az

1Sources