EN

Frank Şveber satqının Leyla Yunus olduğunu açıqladı ANALİZ

AŞPA-nın sesiyasında Böyük Britaniyadan olan deputat Kristofer Chope Frank Şveberi Azərbaycanla bağlı sifarişli mövqe sərgiləməkdə ittiham etdi

Zaman keçdikcə və sular durulduqca Azərbaycana qarşı ABŞ-ın və Avropanın bəzi qaranlıq dairələrinin qərəzli münasibətlərinin səbəbi bəlli olur. Birincisi aydın olur ki, Avropanın ermənipərəst dairələri Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə 30 illik erməni işğalına son qoymasında ciddi narahatlıq keçirir. İkincisi, Qarabağdakı əlaltıları rolunda çıxış edən və daim tapşırıqlarının icraçısı olan terrorçuların həbs edilərək ədalət mühakiməsinə verilməsində qarın ağrısına düşüblər. Nəhayət üçüncüsü, Azərbaycanın dünyada iqtisadi, siyasi, hərbi cəhətdən aparıcı dövlətlərdən birinə çevrilməsi şər yuvası hesab olunan dairələrin keflərinə soğan doğrayıb. Bu və digər narahatlıqlardan və təşvişdən Azərbaycana qarşı bütün məkrli qüvvələr bir araya gələrək uğurlara kölgə salmaq kampaniyası aparırlar. AŞPA-nın bu kampaniyada əsas rolda çıxış etməsi bir o qədər də təəccüb doğurmur. Çünki həmin qurum da Almaniya, Fransa, Niderland kimi nasizmin geniş yayılmağa başladığı və müstəmləkə altında saxladıqları xalqlara divan tutmağı adi hala çevirən dövlətlər təmsil olunurlar. Almaniya o dövlətdir ki, mütəmadi olaraq turist olaraq və ya işləmək üçün ölkəyə gələn onlarla insan yerli nasist dərnəklərinin üzvləri tərəfindən təqib olunur, döyülür, işgəncələrə məruz qalır. Hər gün Almaniyada 3 minə yaxın cinayət hadisəsi baş verir ki, həmin cinayətlərində yarısı bu ölkəyə gələn insanlara qarşı törədilən cinayətlərdir. Gəlmələrə qarşı törədilən cinayətlərin heç biri açılmır. Cinayətkarın tapılıb məsuliyyətə cəlb olunması ilə bağlı formal axtarışlar verilsə də, nəticənin sonu olmur. Bəzi hallarda polis axtarışda olan cinayətkarı görür və ya onun harada olması haqqında məlumat əldə edir, lakin vəzifə borcunu yerinə yetirməkdən imtina edir. Bu da nasistləri daha vəhşi cinayətlər törətməyə həvəsləndirir. Belə bir xaosun, anarxiyanın, özbaşnalığın hökm sürdüyü “dövlət” in Frank Şveber kimi zümrələri azad, demokratik, hüququn aliliyinin qorunduğu Azərbaycan kimi sivil ölkələri hədəf seçib, haqqında qeyri-etik ifadələr səsləndirir. Nasistlərin ən fəal üzvü olan F. Şveber AŞPA-nın tribunasından utanıb-çəkinmədən Azərbaycan barəsində ittihamlar səsləndirir. Deyir ki, Azərbaycanda “insan hüquqlar pozulur”, “mətbuat azad deyil” və bu kimi uydurma fikirlər.

Nasist: “Leyla Yunus ötən həftə mənə məktub yazmışdır”

Ən gülməlisi isə F.Şveberin AXCP sədri Əli Kərimlinin dönə-dönə sayıqladığı və trollarında sosial şəbəkələrdə paylaşdıqları “siyasi məhbus” cəfəngiyyatına xüsusi önəm verməsi və bu istiqamətdə özünün sərsəm ifadələr söyləməsidir. Danışığından belə anlaşılır ki, Hitlerin nəvəsinin Azərbaycanın ictimai siyasi həyatında baş verənlərdən xəbərsizdir. Sadəcə canında və qanında olan faşist düşüncəsi ona bilmədiyi, görmədiyi, haqqında bilgilərə malik olmadığı məsələlərdən deyinməyə məcbur edir. Digər tərəfdən onun sayıqlamasından o da başa düşülür ki, nasisti Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı geniş məlumatlarla təchiz edən şəbəkə mövcuddur. F.Şveber özündən asılı olmayaq həmin şəbəkə üzvlərindən birini- Leyla Yunusun adını çəkməklə cəsusun kimliyini açıqlamış olur. Həmi də agentini üzə çıxarmaqla onu ifşa edir. İlk öncə onu qeyd edir ki, guya Azərbaycanda 319 “siyasi məhbus” var. “Bu məlumatı siz haradan əldə etmisiniz” sualı ilə üzləşməmək üçün deyir: “Leyla Yunus-u citat gətirmək istəyirəm. Leyla Yunus, o cəsur insanlardan biridir ki, ölkədə olmağa icazəsi yoxdur. Leyla Yunus ötən həftə mənə məktub yazmışdır”. Deməli yalan və böhtandan ibarət olan “siyasi məhbus” siyahısı L.Yunus vasitəsi ilə F.Şveberə çatdırılıb. Nasist əldə etdiyi məlumadan məmnun olduğunu gizlətmir və onu “cəsur insan” adı ilə mükafatlandırır. Bununla L.Yunusdan daha çox ağ yalanlar əldə etmək istədiyini çatdırır. Halbuki, Leyla və Arif Yunusları sözlə tərifləmyə, hansısa kağız parçası ilə mükafatlandırmağa ehtiyac yoxdur. Satqınlıq onların canlarında və qanlarındadır. Azərbaycan hüququ-mühafizə orqanları tərəfində sübuta yetirilmişdir ki, Leyla və Arif Yunuslar “hüquq müdafiəçisi” adı arxasında pərdələnərək xaricdəki erməni lobbisinin sifarişlərini yerinə yetirib. Dəfələrlə bu cütlük ermənilərlə görüşmək və onlardan müəyyən təlimatlar almaq üçün xarici ölkələrə səfərlər ediblər. Ermənilərlə və ermənipərəst dairələr söhbətlərində Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyiblər. Məhkəmə də şahid ifadələri də Leyla və Arif Yunusların ermənilərlə əməkdaşlıq etdikləri və onlardan maliyyə yardımları aldıqları mövcud sənədlər əsasında sübuta yetirildi. Hər iki cütlük Azərbaycan dövlətinin böyüklüyü və humanistliyi, eləcə də xoşməramlı addımı ilə sərbəst buraxıldılar və müalicə olunmaları üçün xaricə getmələrinə icazə verildi. Təəssüflər olsun ki, bu zatıqırıqlar dövlətimizin xeyirxahlığını ermənilərlə iş birliklərini davam etdirib, ölkəmiz haqqında F.Şveber kimi nasistlərin maraqlarına xidmət edən fəaliyyətləri ilə cavab verdilər. Belə bir satqınların Azərbaycanla bağlı fikirləri heç bir halda ciddi qəbul edilə bilməz. F.Şveberin onlara istinad etməsi isə sadəcə maraqlarının biri-biri ilə uzlamasından başqa bir şey deyil.

Böyük Britaniyalı deputat faşisti yerində oturtdu

AŞPA-nın sesiyasında diqqət çəkən məqamlardan bir də ondan ibarətdir ki, Frank Şveberin Azərbaycanla bağlı hədyanlarının genişlənməsinə və sərhədləri keçməsinə daha sağlam düşüncəyə malik digər avropalı deputatların etiraz etmələridir. Böyük Britaniyadan deputat Kristofer Chope isə açıq şəkil də F.Şveberi Azərbaycana qarşı qərəzli mövqe tutmaq da ittiham edib. Kristofer Chope Azərbaycanla bağlı xüsusi debatların keçirilməsini ölkəyə qarşı ayrı-seçkilik hesab edib, çünki öhdəliklərin yerinə yetirilməsilə bağlı vəziyyətin daha pis olduğu dövlətlər var. "Niyə bu assambleyanın bəzi üzvləri hesab edirlər ki, biz Türkiyəyə Azərbaycandan daha az ciddi yanaşmalıyıq?", - o deyib və qeyd edib beynəlxalq birlik Azərbaycanın COP29-a sədrliyini, Birləşmiş Millətlər Təşkilatının 120 üzvü isə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini dəstəkləyib. Kristofer Chope Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qaytarılmasını və mövcud məsələlərlə bağlı birbaşa dialoqun aparılmasını təklif edib.

Serbiyalı deputat Biljana Pantiç Pilja Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan bu debatların keçirilməsinin "xüsusi mənasının" olmadığını qeyd edib."Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyası dialoq üçün meydança olmalıdır. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə təşəbbüs çətin ki, bəyan edilmiş məqsədlərə çatmağa kömək etsin", - o deyib. O, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərarı "faydasız və əks-məhsuldar" adlandırıb. Serbiyalı digər deputat Elvira Kovaks, türkiyəli deputat Zeynəb Yıldız, italiyalı deputat Elizabeta Qardini də Azərbaycanın Avropa Şurasına qayıtmasına tərəfdar olublar.

Əksər avropalı deputatların Azərbaycanın mövqeyini müdafiə etməsindən narahat olan Almaniyalı nasist Frank Şvaberi yanında olanları dolayısı ilə təhqir edib və onları Avropa dəyərlərinə qarşı çıxmaqda günahlandırıb. Hətta əsəblərini cilovlaya bilməyən F.Şveber hitlersayağı dodağının altında mızıldanıb və “nahara gedirəm” bəhanəsi ilə iclas zalını tərk edib.

İLHAM ƏLİYEV

Chosen
12
sesqazeti.az

1Sources