EN

Binə qəsəbəsində evdə yanğın olub

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Ooperativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100kv.m, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Chosen
12
12
operativmedia.az

10Sources