EN

Taksi sürücüləri üçün növbəti imtahanın vaxtı məlum olub

Bakı. Trend:

2024-cü il oktyabr ayının 6-da Dövlət İmtahan Mərkəzi tərəfindənxüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçünnövbəti dəfə imtahan keçiriləcək. Həmin gün avtomobil nəqliyyatıilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətininoperatorunun məsul şəxslərinin və beynəlxalq yük daşımalarınıhəyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsiməqsədilə də imtahanlar təşkil olunacaq. İmtahanlarda iştirak etməküçün ümumilikdə 2002 nəfər qeydiyyatdan keçib.

Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobilisürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektronimtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov,50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində, avtomobilnəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətininoperatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyatakeçirən sürücülərin xüsusi hazırlığının nəticələrininqiymətləndirilməsi məqsədilə imtahanlar isə Dövlət İmtahanMərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədirayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsiləelektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsindəgöstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahanüçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanınamalik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytınayerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektronimtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidmətivasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılışvərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısındaolmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" vəşəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilənsənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqdanamizəd imtahana buraxılmayacaq.

İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minikavtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən,etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarınıtənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı,avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarıfəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinədair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgüncavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablarınnəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minikavtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalqsərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxslərivə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanımüvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələrtəqdim ediləcəkdir.

“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahişedirik ki, kitabça ilə mütləq tanış olsunlar.

Chosen
7
27
az.trend.az

10Sources