EN

Paşinyan Makronun qəbuluna gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 3-də Fransaya işgüzar səfərə gedib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, səfər zamanı Paşinyanın Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Mişel Barnye ilə görüşləri olacaq.

N.Paşinyan həmçinin Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində də iştirak edəcək.

Ötən gün Makron BMT tribunasından Parisin İrəvanın tərəfində olduğunu bəyan edib. Rəsmi Bakı buna cavab olaraq Fransa hökumətini Azərbaycana qarşı qərəzli olmaqda ittiham edib.

Ötən ilin oktyabrında Ermənistan və Fransa hərbi sahədə əməkdaşlığa dair saziş imzalayıblar. Bu müqaviləyə əsasən Fransa Ermənistanı radarlar və raketlərlə təmin etməli, ordu islahatları ilə bağlı məsləhətlər verməlidir.

Bakı Parisi Cənubi Qafqazda sabitliyi pozmaqda, Ermənistanı birtərəfli yanaşma və ermənipərəst mövqe ilə silahlandırmaqda ittiham edir. Eyni zamanda Fransanın iştirakı ilə keçirilən bütün görüşlər boykot edilir.

“AzPolitika.info”

Chosen
25
16
azpolitika.info

10Sources