EN

Ələsgər Məmmədlinin həbs müddəti yenidən uzadıldı

“Toplum TV”nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, Ə.Məmmədlinin həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.

Qeyd edək ki, Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.

Chosen
13
11
qafqazinfo.az

10Sources