EN

İran uçuşları bərpa edir

İran İsraillə münaqişə səbəbindən oktyabrın 2-də təxirə salınan uçuşları bərpa edib.

 

Oxu24.com Mehr agentliyi xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu deyib.

Yazırlunun sözlərinə görə, uçuş şəraitinin əlverişli və təhlükəsiz olduğuna əminlik əldə edildikdən sonra aviaşirkətlərə oktyabrın 3-ü səhər saat 5-dən (Bakı  vaxtı ilə 5:30) uçuşlara icazə verilib.

Oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri İranın İsrailə raket atdığını elan edib. Müxtəlif KİV-lərdə İranın bir neçə raket “dalğası” ilə hücum etdiyi və hücumun ilk “dalğasında” ən azı 100 raket qeydə alındığı barədə məlumatlar var. Sosial şəbəkələrdə Tel-Əviv və Qüdsdə partlayış səslərinin eşidilməsi ilə bağlı xəbərlər yayılıb.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, İran İsrailə qarşı kütləvi hücum zamanı yəhudi dövlətinə doğru 400-ə yaxın raket atıb. Nəşr bu hücumu tarixin ən böyük hücumu adlandırıb.

Bundan əvvəl bildirilmişdi ki, Təl-Əvivə uçan sərnişin təyyarənin pəncərəsindən İsrailin bombalanmasını görüb.

Miri

 

Chosen
12
oxu24.com

1Sources