EN

Azərbaycan xurma ixracına görə dünyada ikinci yerdə qərarlaşıb

2023-cü ildə Azərbaycan İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycandan 127 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub.

“Bu göstərici üzrə ölkəmizin dünya bazarında ixracatdakı payı 23,09 faiz təşkil edib”, - A.Qədəşov qeyd edib.

2023-cü ildə qlobal xurma ixracı göstəriciləri:

İspaniya - 242 mln. dollar (44,09 faiz)
Azərbaycan - 127 mln. dollar (23,09 faiz)
Çin - 91 mln. dollar (16,62 faiz)
ABŞ – 9,5 mln. dollar (1,73 faiz)
İtaliya – 8,7 mln. dollar (1,58 faiz)

Chosen
9
2
vergiler.az

4Sources