EN

İsveçlilər “Qarabağ”ın heyətində hansı futbolçudan çəkinirlər?

“Malmö”nün “Qarabağ”ın heyətində ən çox çəkindiyi futbolçu bəlli olub.

Msport.az xəbər verir ki, bununla bağlı klubun rəsmi saytında dərc edilən məqalədə bildirilib.

İsveç təmsilçisinin bu gün Avropa Liqasının əsas mərhələsinin II turunda qarşılaşacağı Ağdam klubunun heyətində Yassin Benzia fərqləndirilib.

“O, Riyad Mahrezlə birlikdə Əlcəzair millisində çıxış edən hücumameyilli yarımmüdafiəçidir. Topu özündə saxlamağı və qol fürsətləri yaratmağı sevir. Ona görə də Benziaya diqqət etməliyik”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Chosen
12
1
msport.az

2Sources