EN

ÜST-dən Livana XƏBƏRDARLIQ

Livanda ölənlərin sayının artdığı və ardıcıl böhranlarla zəifləmiş səhiyyə sisteminin ehtiyacların öhdəsindən gəlməkdə çətinlik çəkdiyi bildirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus açıqlama verib.
 
Livan və bölgədəki sağlamlıq vəziyyətini müzakirə etmək üçün Cenevrədə ölkələrin səfirləri ilə görüşdüyünü ifadə edən Qebreyesus, xəstələrin, səhiyyə işçilərinin, qaçqınlar da daxil olmaqla mülki şəxslərin qorunması və ehtiyac duyduqları səhiyyə xidmətlərinin təmin edilməsi mövzusunda razılaşdıqlarını bildirib. 
 
Livan, Qəzza, İsrail və bütün Yaxın Şərq xalqlarının hamısının sülhə ehtiyacı olduğunu ifadə edən Qebreyesus, daha çox itkilərin qarşısını almaq üçün şiddətə son qoyulması lazım olduğunu vurğulayaraq deyib:
 
\"Ən yaxşı dərman sülhdür\".
 
Oksana
Chosen
9
azxeber.com

1Sources