Ermənistan Nazirlər Kabineti Ermənistanın şimalında daşqınlardan zərər çəkmiş müəssisələrə təxminən 770 min dollar ayırıb.
İqtisadiyyat Nazirliyinin rəhbəri Gevorq Papoyan görüş zamanı bildirib ki, ümumilikdə 150-yə yaxın müəssisə zərərçəkmiş kimi qeydə alınıb, onlardan 74-ü üçün yardım üçün müraciət artıq təsdiqlənib.
Vəsait Ermənistanın Yaponiyanın Osaka şəhərində keçiriləcək 2025-ci il Ümumdünya Sərgisində iştirak üçün xərclərinin azaldılması hesabına ayrılıb.
Ülviyyə, Hurriyyet.az