EN

"Real"ın birdən-birə 3 seriyası qırıldı

UEFA Çempionlar Liqasının Əsas mərhələsinin 2-ci turu çərçivəsində "Real" səfərdə "Lill"ə minimal hesabla uduzub.

Publika.az xəbər verir ki, məğlubiyyətlə üzləşən Madrid klubunun eyni zamanda 3 uğurlu seriyası başa çatıb.

"Los Blankos" Fransadakı yenilgiyə qədər ÇL-də 14 matç, bütün yarışlarda səfərdə 25, bütün oyunlarda isə 36 matç məğlub olmamışdı.

Chosen
17
publika.az

1Sources