EN

Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən çıxaraq yolayrıcına çırpılıblar. Nəticədə yolayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.
Dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Chosen
9
21
oxu.az

10Sources