EN

“Berdıyevə deyə bilmərəm ki, oyunçu ver və ya göndərmə” – Nizami Ocaqverdiyev

Əvəzedicilər liqasında “Şamaxı-2” – “Turan Tovuz-2” oyununun protokoluna baxarkən bir məqam diqqətimizi çəkdi.

Qonaqların 3:1 hesablı qələbəsinə Otto Con iki qolla töhfə verib. Maraqlıdı ki, Otto bir gün əvvəl də əsas komandanın heyətində sonradan meydana çıxmışdı. Görəsən, Kurban Berdiyev Conu cəzalandırmaq üçün əvəzedicilərə göndərib, yoxsa kömək məqsədi ilə?

Bu suala cavab tapmaq üçün “Turan Tovuz-2”nin baş məşqçisi Nizami Ocaqverdiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:

“Cəza məqsədi ilə olduğunu deyə bilmərəm. Berdıyev kim zəif olub, kimdən narazı qalıbsa, bura göndərir. Yəni, hər dəfə əsas komandadan bir neçə oyunçunu göndərir ki, nöqsanları aradan qalxsın. Berdıyevə deyə bilmərəm ki, oyunçu ver və ya göndərmə. Otto Con indiyə qədər əvəzedici heyətdə oynamamışdı. İlk dəfə çıxış edirdi. Narazı qalmadım. Növbəti turlarda necə olacağı Berdıyevin qərarından asılıdı”.

RÖYANƏ OĞUZ
Chosen
14
football-plus.az

1Sources