EN

iPhone 16 ucuzlaşaraq 780 dollara düşüb

Yazını böyüt
Yazını kiçilt

Rusiyada iPhone 16 modellərinin qiymətləri sürətlə ucuzlaşmağa başlayıb, lakin qiymət enişləri hər yerdə eyni sürətlə baş vermir.

Hafta.az-ın yazdığına görə, Apple-ın yeni seriyası rəsmi olaraq sentyabrın 20-də satışa çıxarıldı və ilk modellər 113 min rubl (təxminən 1200 dollar) qiymətinə buraxıldı. Lakin “Novıe İzvestiya”nın xəbərinə görə, bu qiymətlər qısa müddətdə, xüsusən də onlayn platformalarda xeyli düşüb.

Məsələn, iPhone 16-nın qiyməti Ozon-da 74 min rubla (780 dollar) düşdüyü halda, Yandex Marketdə 75,5 min rubla satılır. Lakin bu qiymətlər əlavə gömrük rüsumları ilə gəlir və alıcılar təxminən iki həftə gözləməli olurlar. Müqayisə üçün, iri pərakəndə satış şəbəkələrində qiymətlər hələ də 113 min rubl civarındadır.

Apple-ın yeni modeli Rusiyada hələ də yüksək tələbat altındadır. Analitiklərin fikrincə, ötən ilin eyni dövrü ilə müqayisədə tələbat artıb və Apple təqdimatdan sonrakı ilk həftəsonunda 37 milyon iPhone 16 satıb. Lakin beynəlxalq bazarlarda tələbat azalıb.

Mütəxəssislər hesab edir ki, iPhone 16 qiymətləri yaxın həftələrdə 20 faizə qədər ucuzlaşa bilər. Bu vəziyyət xüsusilə onlayn satış platformalarında daha aydın görünür.

Chosen
20
hafta.az

1Sources