EN

Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub

Bakı. Trend:

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlətsərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanlanəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Trend bu barədə AAYDA-ya istinadən məlumatverir.

Belə ki, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yükmaşınları eyni ərazidə idarəetmədən çıxaraq yol ayrıcınaçırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıqdirəyi sıradan çıxıb.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininəməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavətəhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi vəfasiləsizliyi təmin olunub.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradanqaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Chosen
4
13
az.trend.az

10Sources