EN

Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterresin persona non-qrata elan edilməsi İsrailin suveren qərarıdır, lakin bu, Yaxın Şərqdə sülhün əldə olunmasına kömək etməyəcək.
 
Bunu RTVI-ya şərhində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
“Persona non-qrata elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək”, - deyə Zaxarova İsrailin baş katibə qarşı tədbirlərini şərh edərkən qeyd edib.
 
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, hazırkı vəziyyətdə məsuliyyət BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq böhranı ilə bağlı “birdən çox qətnamə layihəsini” bloklayan ABŞ-ın üzərinə düşür. Zaxarova həmçinin Vaşinqtonu “öz yöndəmsiz hərəkətləri ilə” münaqişənin həlli üçün diplomatik səylərə zərbə vurmaqda ittiham edib.
Chosen
2
1
moderator.az

2Sources