EN

"Kiminləsə telefonla danışıb, sonra hadisə baş verib” — Şagirdin bıçaqlandığı məktəbdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, 71 saylı orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 2008-ci il təvəllüdlü A.S yaşıdı D.N-nı bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxsin məktəbin 10-cu sinif şagirdi olduğu bildirilir.

Yaralı şagird xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Bizim.Media hadisənin təfərrüatını öyrənmək üçün 71 saylı məktəblə əlaqə saxlayıb. Məktəbin direktor əvəzi Zərifə Cəfərova saytımıza açıqlamasında məlum insidenti törədən şəxsin onların şagirdi olmadığını bildirib:

“Hadisə məktəbdən kənarda baş verib. 7-ci dərsdə uşaqlar məktəbdə olub. Həmin hadisə dərsdən sonra kənar ərazidə baş verib”.

Hadisənin baş vermə səbəbinə gəlincə, direktor əvəzi hazırda bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını bildirib:

"Hadisə haqda heç bir bilgi verə bilmərəm. Yalnız onu deyim ki, onun məktəbdə heç kimlə konflikti olmayıb. Geyimi, davamiyyəti yerində şagird olub. Nə olubsa, məktəbdən sonra olub. Kiminləsə telefonla danışıb, sonra bu hadisə baş verib. Biz hüquq-mühafizə orqanlarının əməkdaşları üçün kameranı açdıq. Onlar da gördülər ki, uşağın məktəbdə heç bir problemi olmayıb”, - deyə məktəb rəsmisi əlavə edib.

Chosen
9
1
demokrat.az

2Sources