EN

Fitch ABB-nin reytinqlərini daha da yüksəltdi!

Bakı. Trend:

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidənbaxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB-səviyyəsindən BB səviyyəsinə qədər yüksəldib. ABB-nin Dayanıqlılıqreytinqi də bb- səviyyəsindən bb səviyyəsinə qalxıb. Reytinqproqnozu isə Pozitiv olaraq müəyyənləşib.

Reytinqlərin yüksəldilməsi ABB-nin 2024-cü ilin 6 ayı üzrəkonsolidə edilmiş maliyyə hesabatındakı yüksək göstəricilərinə,güclü kapital mövqeyinə əsaslanır. Agentliyin proqnozunagörə,ortamüddətli perspektivdə ABB-nin aktivlərinin keyfiyyəti vəgəlirliliyi davamlı olaraq möhkəmlənəcək.

ABB-nin Dayanıqlılıq reytinqinin yüksəlməsi Bankın dayanıqlımaliyyə durumunu əks etdirir. Güclü balans strukturu Bankınaktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksəkgəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini vəlikvidliyini təmin edir.

Agentlik ekspertlərinin proqnozlarına əsasən, Bankın əməliyyatgəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədəqalacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçininrəsmi Facebook səhifəsindən əldə etmək olar.

Chosen
1
18
az.trend.az

10Sources