EN

“Kino sənayesində iqtisadi göstəricilərin artırılması mühüm şərtdir” - RƏŞAD ƏZİZOV

“”Baku Cinema Breeze” festivalı çərçivəsində ilk dəfə olaraq Şərq və Mərkəzi Asiya ölkələrinin kino bazarı keçirilir. Burada əsas məqsəd regionda yeni bazarın formalaşdırılması, kino sənayesi ilə məşğul olan biznes subyektlərinin sayının artırılması və onların arasında yeni layihələrin keçirilməsini təşviq etməkdir. Bütövlükdə bu bazar böyük potensiala sahibdir. Belə ki, bazarda Kanada, ABŞ, Finlandiya, Avropa ölkələri, eyni zamanda Hindistan və Koreya şirkətləri də iştirak edirlər”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

O bildirib ki, kino bazarı dünyada yaradıcı sənayenin ən inkişaf etmiş istiqamətidir: “Hazırda ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyasının icrası çərçivəsində yaradıcı sənayenin inkişafı ilə bağlı da mühüm addımlar atılır. O cümlədən, kino sənayesində iqtisadi göstəricilərin artırılması da qarşıdakı məqsədlər sırasında yer alır”.

Chosen
15
sia.az

1Sources