EN

Rusiyada ABŞ bankının 372 milyon dollarına həbs qoyuldu – Baş Prokurorluq tələb qoyub

Moskva vilayətinin Arbitraj Məhkəməsi Amerikanın “Bank of New York Mellon” və “JP Morgan Chase Bank”ın Rusiyanın “Citibank” və “J.P.Morgan Bank International” banklarında açılmış hesablarında olan 372 milyon dollara həbs qoyub.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluq müvafiq tələblə çıxış edib. Bundan başqa prokurorluq Rusiya məhkəməsində adıçəkilən banklara, habelə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Ukrayna Milli Bankına və Ukrayna Milli İnvestisiya Fonduna qarşı iddia qaldırıb.

Baş Prokurorluq bunu Ukraynadakı “Sberbank”-ın törəmə müəssisəsində həbs qoyulmuş 372 milyon dollarlıq Rusiya aktivlərinə cavab tədbiri kimi izah edib.

Bundan əvvəl Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi Almaniyanın “Deutsche Bank”, “Unicredit Bank” və “Commerzbank” banklarının ümumi dəyəri 800 milyon avroya yaxın olan aktivlərinə həbs qoyub.

“AzPolitika.info”

1Sources