EN

“Siqnal”İdarəsi svetoforların fəaliyyətini nəzarətdə saxlayır - VİDEO

DİN BDYPİ-nin “Siqnal” İdarəsi tərəfindən regionlarda yol hərəkətinin təşkilində tətbiq olunan texniki nizamlama vasitələrinin nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İdarənin regional qurumları tərəfindən bu dəfə Lənkəran, Kürdəmir, İmişli, Tərtər, Göyçay, Qəbələ, Şamaxı, Salyan, Tovuz, Şirvan, Saatlı, Mingəçevir, Şəki, Zaqatala, Zərdab, Cəlilabad, Şirvan, Xaçmaz, Horadiz və Bərdənin inzibati ərazi vahidlərində quraşdırılmış svetafor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetafor obyektlərinin iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.

Chosen
5
1
avtosfer.az

2Sources