EN

Bərdə bazarında ər arvadını bıçaqladı



Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb. Hadisədən sonra Ayaz Qasımov özünə xəsarət yetirib.

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Chosen
1
11
aia.az

10Sources