EN

AL: II turun oyunları keçirilir - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın da meydana çıxacağı gündə ümumilikdə 18 qarşılaşma baş tutacaq.

Ağdam təmsilçisinin rəqiblərindən "Tottenhem" Macarıstanda "Ferentsvaroş"un, "Ayaks" Çexiyada "Slaviya"nın qonağı olacaq. Yunanıstanın "Olimpiakos" komandası doğma meydanda "Braqa" ilə qarşılşacaqsa, "Budyo-Qlimt" Belçikada "Yunion"la üz-üzə gələcək. Rumıniya təmsilçisi "Styaua"a isə Yunanıstanda PAOK-un qonağı olacaq. İsveç təmsilçisi "Elfsborq" klubu evdə "Roma"nı qəbul edəcək. Nəhayət, "Lion" Şotlandiyada "Reyncers"lə görüşəcək.

Türkiyə klublarından "Qalatasaray" səfərdə RFS-in, "Fənərbağça" "Tvente"nin qonağı olacaq. "Beşiktaş" isə doğma meydanda "Ayntraxt"la qarşılaşacaq.

UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur

3 oktyabr

20:45. "Latsio" (İtaliya) - "Nitsa" (Fransa)
20:45. "Slaviya" (Çexiya) - "Ayaks" (Niderland)
20:45. "Real Sosyedad" (İspaniya) - "Anderlext" (Belçika)
20:45. "Olimpiakos" (Yunanıstan) - "Braqa" (Portuqaliya)
20:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka)
20:45. "Ferentsvaroş" (Macarıstan) - "Tottenhem" (İngiltərə)
20:45. "Qarabağ" - "Malmö" (İsveç)
20:45. "Hoffenhaym" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
20:45. RFS (Latviya) - "Qalatasaray" (Türkiyə)
23:00. "Portu" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Reyncers" (Şotlandiya) - "Lion" (Fransa)
23:00. PAOK (Yunanıstan) - "Styaua" (Rumıniya)
23:00. "Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan)
23:00. "Yunion" (Belçika) - "Budyo-Qlimt" (Norveç)
23:00. "Atletik" (İspaniya) - AZ (Niderland)
23:00. "Tvente" (Niderland) - "Fənərbağça" (Türkiyə)
23:00. "Beşiktaş" (Türkiyə) - "Ayntraxt" (Almaniya)
23:00. "Elfsborq" (İsveç) - "Roma" (İtaliya)

Qeyd edək ki, Liqa mərhələsində III tura oktyabrın 23-də start veriləcək.

Chosen
9
fanat.az

1Sources