EN

“Aşıq Ələsgərin abidəsi Ağkilsə kəndində yenidən ucalacaq” — Qafarov

“Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizin mədəni həyatında baş vermiş əlamətdar hadisədir. Bu münasibətlə sentyabrın 30-da keçirilmiş dövlət tədbirində Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı bu hadisənin əhəmiyyətini xüsusi vurğulayır.”

NOCOMMENT.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı tərəfindən Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdır. “Bildiyimiz kimi, bu Sərəncamlardan biri əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında isə görkəmli xalq sənətkarının abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu və sentyabrın 30-da şəhərimizin ən gözəl mərkəzi ərazilərinin birində, gözəl bir parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı. Prezidentin çıxışında qeyd olunduğu kimi, Aşıq Ələsgər 97 yaşına qədər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə erməni şovinistləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan ilk deportasiyası idi.”

Deputat daha sonra bildirib ki, Prezident İlham Əliyevin çıxışında yer alan açıqlamalar Qərbi Azərbaycandan olan soydaşlarımızın qəlblərində yanan ümid çırağını daha da alovlandırmışdır: “Cənab Prezidentin çıxışında bir çox önəmli məqamlar yer almışdır ki, onların da hamısı Azərbaycanın gec-tez tarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbi azərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarına qayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır. Məlumdur ki, ermənilər 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda bizim tarixi abidələrimizi, görkəmli şəxsiyyətlərə ucaldılmış abidələri, məscidlərimizi, saraylarımızı, qəbiristanlıqlarımızı dağıtdıqları kimi, bundan illər öncə Qərbi Azərbaycan ərazisində də bu vandallıqları törətmişlər. O cümlədən, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə sənətkarın doğma Ağkilsə kəndində ucaldılmış abidəsi də 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində, xalqımızın üçüncü deportasiya dalğasına məruz qoyulduğu dövrdə erməni vandalları tərəfindən dağıdılmışdır.

Cənab Prezident İlham Əliyev xüsusilə belə bir məqama diqqət yönəltmişdir ki, 1918-ci ildə və 1940-50-ci illərdə baş vermiş ilk iki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmışdır. Əlbəttə ki, bu hal belə bir əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, gün gələcək və Azərbaycan xalqı Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək, Ağkilsə kəndində bununla bağlı mərasim keçiriləcək. Azərbaycan Prezidentinin dediyi hər kəlmənin arxasında sona qədər durduğunu isə, artıq sadəcə xalqımız deyil, bütün dünya yaxşı bilir” .
Chosen
12
14
nocomment.az

10Sources