EN

“Türkiyə mətbuatı, 3 oktyabr 2024

 

“Star”: İsraildə yayımlanan “TRT Haber”ə müdaxilə

  İsraildə “TRT Haber” komandasının İran raketlərinin vurduğu yeri lentə almasına mane olmağa cəhd edilib. Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun müdaxiləyə reaksiya göstərərək bildirib: “Qatil İsrail nə edirsə etsin, Qəzza və Livandan hər zaman kommunikasiya dəhlizini açıq saxlayan jurnalistlər olacaq”.

“Vatan”:Livanda  Türkiyə gəmilərinin təhlükəsizlik səviyyəsi ən yüksək həddə çatdırılıb

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Livan limanlarında üzən Türkiyə bayraqlı gəmilərin Beynəlxalq Gəmi və Liman Obyektləri Təhlükəsizlik Kodunu (İSPS) ən yüksək hədd olan 3 səviyyəsinə yüksəldiyini açıqlayıb.

“Sabah”: “Bayraktar TB3” SİHA ilk ictimai uçuşunu etdi

  TEKNOFEST 128 qurumun iştirakı ilə Adana Hava Limanında qapılarını açıb. “Baykar” tərəfindən hazırlanan “Bayraktar TB3” silahlı PUA ilk ictimai uçuşunu burada edib.

“Hürriyet”: “Oruç Reis” Somaliyə gedir

  Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar MTA “Oruç Reis” seysmik araşdırma gəmisinin sentyabrın 4-də Somaliyə göndəriləcəyini açıqlayıb.

“Yeni Şafak”: TOGG Balkanlara doğru genişlənir

  Bosniya Herseqovinada Balkanların ən mühüm ümumi ticarət sərgilərindən biri olan ZEPS-də Türkiyə TOGG də olmaqla 35 şirkətlə iştirak edir. Sərgidə Türkiyə markaları yeni məhsullarını Balkan və Avropa ölkələrinə göstərir.  

 



Chosen
3
trt.net.tr

1Sources