EN

Bazarda arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb

Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Gülnar Ərşad qızı Qasımova, həyat yoldaşı Ayaz İmamqulu oğlu Qasımov tərəfindən bıçaqlanıb.

Kişi daha sonra özünə xəsarət yetirib.

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.

Chosen
7
17
hurriyyet.az

10Sources