EN

Bazarda olay: Ər arvadını və özünü bıçaqladı - FOTO

Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.

"Report"-un Qarabağ Bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb.

Kişi daha sonra özünə xəsarət yetirib.

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
2
17
cebheinfo.az

10Sources