EN

Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Missiya.Az xəbər verir ki, Beştəpədə keçiriləcək toplantının əsas müzakirə mövzusu Yaxın Şərqdə artan gərginlik və regional hadisələrin Türkiyəyə təsiri olacaq.

Bildirilir ki, həmçinin Türkiyənin İraq və Suriyanın şimalında terrora qarşı apardığı mübarizə də müzakirə ediləcək.

Məlumata görə, bundan əlavə Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətləri də toplantının gündəm mövzusu olacaq.

Daşqın HəsənovMissiya.Az

Chosen
17
missiya.az

1Sources