EN

“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirildi

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-də Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze” adlı beynəlxalq film festivalının açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov festivalın məqsədinin Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək olduğunu deyib.

Daha sonra “Baku Cinema Breeze" beynəlxalq film festivalında birləşən müxtəlif festivalların direktorları çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıblar. Rəhbər şəxslər xüsusi günü əbədiləşdirmək üçün üzərində “Baku Cinema Breeze” yazılan boşqabın üzərinə imza atıblar.

Tədbir çərçivəsində müxtəlif festivalların videoçarxları nümayiş olunub.

Altı gün davam edəcək festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.

Chosen
8
3
kulis.az

10Sources